Please download to get full document.

View again

of 26
All materials on our website are shared by users. If you have any questions about copyright issues, please report us to resolve them. We are always happy to assist you.

Azərbaycan diasporu: Müasir çağırışlar və sistemli fəaliyyətin təşkili

Category:

Articles & News Stories

Publish on:

Views: 25 | Pages: 26

Extension: PDF | Download: 1

Share
Related documents
Description
Ramiz Mehdiyev Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Milli Elmlər Akademiyasının akademiki Azərbaycan diasporu: Müasir çağırışlar və sistemli fəaliyyətin təşkili Bakı, 12 iyul,
Transcript
Ramiz Mehdiyev Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Milli Elmlər Akademiyasının akademiki Azərbaycan diasporu: Müasir çağırışlar və sistemli fəaliyyətin təşkili Bakı, 12 iyul, AZƏRTAC 2016-cı il iyunun 3-4-də Bakıda, Heydər Əliyev Mərkəzində Dünya Azərbaycanlılarının IV Qurultayı keçirilib. Mühüm ictimaisiyasi hadisə olan forum həmvətənlərimiz, bütün Azərbaycan xalqı üçün əlamətdar tədbirə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyev qurultayı açaraq proqram nitqi ilə çıxış edib. Prezident qurultayı əlamətdar hadisə kimi qiymətləndirərək xüsusi vurğulayıb ki, o, dünya azərbaycanlılarının birləşməsində, onların beynəlxalq geosiyasətin inkişafı istiqamətində fəallaşmasında mühüm rol oynayır. Dövlət başçısı hədəfləri müəyyən edib və qarşıya həlli diaspor təşkilatlarının fəaliyyətini xeyli genişləndirəcək və yaşadıqları ölkədə onların sosial statusunu gücləndirəcək konkret vəzifələr qoyub. Təşəkkül yolunda Azərbaycan diasporunun inkişafının başlanğıc mərhələlərini səciyyələndirərkən qeyd edək ki, 1993-cü ilin iyununda hakimiyyətə qayıdan Heydər Əliyev azərbaycanlıların birləşməsi probleminin prioritet vəzifələrdən biri olduğunu göstərib. Ümummilli Liderin Azərbaycan bütün azərbaycanlıların Vətənidir tezisi həmvətənlərimizin birləşməsinin və qarşılıqlı fəaliyyətinin əsası olub, 1 onların səylərini və istəklərini Azərbaycan Respublikasının inkişafı və çiçəklənməsi üzərində cəmləşdirib. Ümummilli Lider istəyirdi ki, xalqımız özünün xüsusi missiyasını hiss etsin, bununla da həm cəmiyyətin rasional quruluşu haqqında milli ideyaları, həm də ümumbəşəri dəyərləri özündə əks etdirən spesifik ideologiyanın azərbaycançılıq ideologiyasının formalaşmasına təkan versin. Azərbaycanlıların ümumxalq qüruru olan milli ideyanın yaranmasını təkcə onların vahid ailədə yaşayıb-yaratmaq və inkişaf etmək tələbatı deyil, həm də tarixin ən yeni mərhələsində Azərbaycanda yaranmaqda olan ictimai-siyasi quruluşun təbii xarakterini əsaslandırmaq və sübut etmək zərurəti şərtləndirib. Bu da öz növbəsində milli ideyamızın spesifikasının özünü, sosial həyatda, ölkə vətəndaşlarının şüurunda onun yerini müəyyən edib. Beləliklə, artıq 1993-cü ilin ortalarından başlayaraq Azərbaycan rəhbərliyi xarici ölkələrdə yaşayan azərbaycanlıların həyatına və fəaliyyətinə böyük diqqət və qayğı ilə yanaşıb. Bütün bu illər ərzində dövlətimiz diaspor nümayəndələrinə imkan daxilində hər cür dəstək göstərməyə çalışıb, yaşadıqları ölkələrdə onların təşkilatlanması, uyğunlaşması, özlərini inamlı hiss etməsi, cəmiyyətdə müvafiq mövqelər tutması və tarixi Vətənin maraqlarına xidmət etməyi unutmaması üçün tədbirlər görüb. Amma həmişə belə olmayıb. Xüsusən sovet hakimiyyəti illərində. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar rahat həyatdan məhrum olublar: bu, bir tərəfdən tarixi Vətən həsrəti, digər tərəfdən öz hüquqlarını, Azərbaycanın mənafeyini müdafiə etmək imkanının olmaması ilə bağlı idi. 2 1991-ci il dekabrın 31-də Ümummilli Lider tərəfindən Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik Günü təsis edilib. Bu qərar Heydər Əliyevin sədri olduğu Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin tarixi iclasında qəbul edilib ci il Azərbaycan diasporunun təşkili işində növbəti mühüm mərhələ olub. Həmin il müasir müstəqil Azərbaycanın banisi Heydər Əliyevin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib. Prezident Heydər Əliyev dərin məzmunlu nitqlə çıxış edərək, diaspor təşkilatlarının fəaliyyət proqramını, habelə Azərbaycanın ictimai və dövlət təsisatlarının diasporla sıx əlaqələrinin qurulmasına dair vəzifələrini müəyyən edib. Ümummilli Lider hesab edirdi ki,...hər bir millət, hər bir xalq yalnız öz doğma torpağı çərçivəsində, milli məhdudiyyət şəraitində yaşaya bilməz... Bizim hamımızı, azərbaycanlıları birləşdirən milli mənsubiyyətimizdir, tarixi köklərimizdir, milli mənəvi dəyərlərimizdir, milli mədəniyyətimizdir - ədəbiyyatımız, incəsənətimiz, musiqimiz, şeirlərimiz, mahnılarımızdır, xalqımıza mənsub olan adət-ənənələrdir. İnsan hansı ölkədə yaşamasından asılı olmayaraq, gərək öz milliliyini qoruyub saxlasın. Dünyada eyni zamanda assimilyasiya prosesi də var. İnsanlar, mən azərbaycanlılar haqqında danışıram, - gərək, yaşadıqları ölkədə, yenə deyirəm, o şəraiti mənimsəyərək, orada özləri üçün yaxşı mövqelər tutsunlar. Ancaq daim öz milli mənəvi dəyərlərinə, milli köklərinə sadiq olsunlar. Bizim hamımızı birləşdirən məhz bu amillərdir. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır... Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, milli mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından 3 bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir 1. Heydər Əliyev diaspor üzvlərinə tövsiyə edirdi ki, xarici ölkələrdə yaşayan həmvətənlərimiz öz ölkəsinin ictimai-siyasi həyatında müvəffəqiyyət qazansınlar, təsir və nüfuz sahibi olsunlar və başlıcası - öz milli mənşəyini və köklərini unutmasınlar. Ümummilli Liderin çağırışı ilə bütün dünyada həmvətənlərimizin ictimai-mədəni təşkilatlarının yaradılmasına başlandı. Ümumiyyətlə, 2000-ci ilədək Azərbaycan diaspor təşkilatlarının sayının sürətlə artması və onların institusionallaşması müşahidə olunur. Müxtəlif diaspor təşkilatları arasında əlaqələri yaxşılaşdırmaq üçün əlaqələndirmə mərkəzlərinin yaradılmasına başlanıb. Azərbaycan diasporunun fəaliyyətinin səmərəliliyini artırmaq məqsədilə 2002-ci ildə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi (hazırda Diasporla İş üzrə Dövlət Komitəsi adlanır) yaradılıb. Nəticədə diaspor təşkilatlarının təşəkkülü və formalaşması prosesi daha geniş vüsət alıb. Artıq formalaşan diaspor təşkilatları Heydər Əliyevin səyləri, onun müxtəlif ölkələrdə yaşayan azərbaycanlılara çağırışları və müraciətləri sayəsində Azərbaycan haqqında doğru-dürüst informasiyanın yayılmasına və xarici ölkələrdə respublikanın nüfuzunun möhkəmlənməsinə yönələn fəaliyyətlərini nəzərəçarpacaq dərəcədə genişləndirdilər ci ildə dünyada artıq 218 belə təşkilat fəaliyyət göstərirdi. 1 Dünya Azərbaycanlılarının Qurultayında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi. Bakı, 9 noyabr 2001-ci il. 4 Yuxarıda deyilənlər göstərir ki, Prezident Heydər Əliyevin səyləri hədər getmədi, Azərbaycan diasporunun fəaliyyəti məzmunlu xarakter daşımağa başladı və bu da dünya azərbaycanlılarının milli birliyinin əldə edilməsi üçün möhkəm zəmin yaratdı. Bu gün Heydər Əliyevin təcrübəsindən istifadə olunması və bu təcrübənin inkişaf etdirilməsi Azərbaycan diasporunun fəaliyyətində üstünlük təşkil edir. Bu baxımdan çox müsbət nəticələr əldə olunub. Başlıcası isə Prezident İlham Əliyev əsası Ümummilli Lider tərəfindən qoyulan ənənələri bilavasitə özü uğurla reallaşdırır və davam etdirir, xarici ölkələrdəki həmvətənlərimizin həyat fəaliyyəti ilə bağlı olan bir sıra istiqamətlər üzrə yenilənmiş konseptual yanaşma həyata keçirir. Dövlət başçısının siyasəti xarici ölkələrdəki azərbaycanlıların sıx birləşməsinə, onların respublikamızın vətəndaşları ilə həmrəy olmasına istiqamətlənib. Qeyd etmək lazımdır ki, Azərbaycan Prezidentinin bu prinsipial mövqeyi gözlənilən nəticələr verir. Azərbaycan diasporunun üzvləri və onların təmsil etdikləri təşkilatlar yaşadıqları ölkələrdə sanballı rol oynayır, Vətən ilə daim sıx əlaqələr saxlayırlar. Müasir geosiyasi trendlər və Azərbaycan diasporunun vəzifələri Bundan başlayım ki, müasir geosiyasi şəraitdə Azərbaycan diasporunun məqsəd və vəzifələrini Prezident İlham Əliyev Qurultaydakı çox məzmunlu və proqram xarakterli nitqində müəyyən edib. Şübhəsiz ki, Prezidentin Dünya Azərbaycanlılarının IV Qurultayındakı nitqində qaldırdığı problemlərin həlli diaspor təşkilatlarının fəaliyyətini daha mütəşəkkil və məqsədyönlü edəcək. 5 Bütün bu problemlər müasir dünyanın inkişaf meyilləri ilə əlaqəli olduğu üçün onların həlli aktualdır. Vurğulamaq lazımdır ki, son illər dövlət Azərbaycan diasporunun təşəkkülü və möhkəmlənməsi istiqamətində böyük işlər görüb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanda 15 il ərzində diaspor təşkilatları ilə qurulan iş, əlaqələr tam yeni bir vəziyyətə gətirib çıxardı. Bu gün biz dünyanın müxtəlif yerlərində istənilən tədbiri keçirə, dünya ictimaiyyətini Azərbaycan reallıqları ilə daha da geniş şəkildə tanış edə bilərik və bunu edirik 2. Prezident xarici ölkələrdəki həmvətənlərimizi Vətənə yaxın olmağa, daim onun barəsində düşünməyə, qayğı və maraqları ilə yaşamağa çağırır. Azərbaycan diasporunun üzvləri harada olurlarsaolsunlar, respublikanın tərəqqisi onlarda sonsuz qürur, milli müvəffəqiyyəti şəxsi töhfəsi ilə artırmaq və inkişaf etdirmək hissi doğurmalıdır. Öz xalqının və Vətəninin qarşısında yüksək borc və məsuliyyət hər bir azərbaycanlının həyatının və taleyinin leytmotivinə çevrilməlidir. Bir çox azərbaycanlı öz taleyini müxtəlif ölkələrlə bağlayıb. Bəzi məlumatlara görə, hazırda dünyada 50 milyona yaxın azərbaycanlı yaşayır. Məsələn, İranda təqribən 40 milyon, Türkiyədə təxminən 3 milyon, Rusiyada 1,5 milyon, ABŞ-da 450 min, Ukraynada 450 minə yaxın, SSRİ dövründə Gürcüstanda təqribən 500 min (hazırda Gürcüstanın məlumatına görə, 280 min), Qazaxıstanda 300 min və s. Odur ki, azərbaycanlıların xarici ölkələrdəki təmsilçiliyi Vətəndə yaşayanlara nisbətdə çox sanballı görünür. Odur ki, Azərbaycan 2 Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının IV Qurultayında nitqi. 3 iyun 2016-cı il. AZƏRTAC Azerb aycan_prezidenti_ilham_aliyev_achilis_merasiminde_istirak_edib_yenilanib_video diasporunun fəaliyyəti, həmvətənlərimizin həyatında onun əhəmiyyəti ciddi təsir bağışlayır. Prezident İlham Əliyev öz nitqində diaspor təşkilatlarının gələcək fəaliyyəti, onların missiyası, işinin xüsusiyyətləri, səmərəli fəaliyyət şəraiti ilə bağlı dəyərli ideyalar səsləndirib. Dövlət başçısı...dünyada yaşayan azərbaycanlılar öz tarixi Vətənləri ilə əlaqələri heç vaxt kəsməsinlər... Azərbaycan ilə bağlı olsunlar. Beləliklə, onlar özlərini daha da rahat hiss edəcəklər. Belə olan halda Azərbaycan dövləti onlara daha da böyük dəstək verə biləcək 3 sözləri ilə diaspor təşkilatlarının üzvlərini daha fəal həyat tərzi sürməyə çağırıb. Prezident bu fikri vurğulamaqla diaspor təşkilatlarına, xarici ölkələrdə yaşayan azərbaycanlılara xatırladır ki, Vətən onlara inam hissi, həyat gücü və ruh yüksəkliyi bəxş edən mənəvi qaynaqdır. Buna görə də dövlət başçısı Qurultay iştirakçılarına müraciət edərək vurğulayır: Mən çox istəyirəm ki, onlar yaşadıqları ölkələrdə daha da böyük mövqelərə nail ola bilsinlər. Yaşadıqları ölkələrin ictimai, siyasi, iqtisadi həyatında daha da fəal rol oynasınlar 4. Bu, xarici ölkələrdəki həmvətənlərimizin daha məzmunlu fəaliyyətinin təşkili məqsədilə təkcə onların qarşısında deyil, həm də Azərbaycanın dövlət orqanlarının qarşısında qoyulan konkret vəzifədir. Bu fikirlər respublikanın xarici ölkələrdəki həmvətənlərimizə hər cür dəstək göstərməyə qadir olan ictimai təşkilatlara da ünvanlanır. Bütün səviyyələrdən olan hakimiyyət strukturlarının, o cümlədən Prezident Administrasiyası təmsilçilərinin, Milli Məclisin deputatlarının, şəhərlərin, paytaxtın 3 4 7 rayonlarının, habelə regionların icra hakimiyyəti başçılarının və əlbəttə, Diasporla İş üzrə Dövlət Komitəsinin diaspor üzvlərinin müxtəlif problemlərlə bağlı müraciətlərini qəbul etmək və başa düşmək, lazım gəldikdə onlara daha əhəmiyyətli sosial-hüquqi dəstək göstərmək, o cümlədən ailə-məişət, sanatoriya-kurort müalicəsi, idman-turizm istirahəti məsələlərinin və s. həllində kömək etmək vəzifəsi də elə bundan ibarətdir. Müvafiq idarələrin nümayəndələri müraciət edən həmvətənlərimizi özlərindən uzaqlaşdırmamalı, yaxud bezdirib qaçırmamalı, əksinə, həvəsləndirmək, kömək etmək məqsədilə onlara həssaslıqla və diqqətlə yanaşmalı, bunun üçün zəruri səylər göstərməlidirlər. Bu məsələ istər yerli instansiyaların, istərsə də bütövlükdə dövlət orqanlarının diqqət mərkəzində ola bilər və olmalıdır. Azərbaycan Prezidenti həmin məsələlərdə örnək göstərərək, bu fəaliyyəti hər vəchlə dəstəkləyir və təşkil edir, onun inkişafı üçün zəruri səylər göstərir, diaspor üzvlərinin müraciətlərinə operativ reaksiya verir, onlarla əlaqədar işlərin mahiyyətinə varır. Bu da aydındır ki, istər ölkədə, istərsə də xaricdə Azərbaycanın milli mədəniyyətinin, dini və tarixi ənənələrinin, incəsənətinin təbliği üzrə daim ardıcıl iş aparmaq, diasporumuzun üzvləri, eləcə də arzu edən hər kəs üçün milli bayramlarımızın, xatirə gecələrinin keçirilməsini təşkil etmək, Azərbaycan haqqında mümkün qədər geniş informasiya, o cümlədən Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində vəziyyət haqqında məlumat təqdim etmək, müxtəlif ictimai-siyasi mərhələlərdə xalqımızın demokratiya və müstəqillik uğrunda çətin mübarizəsindən söz açmaq əhəmiyyətlidir. Azərbaycana gələn diaspor üzvləri respublikamızda ən yüksək səviyyədə təşkil olunan beynəlxalq forumlardan tutmuş sanki lokal 8 görünən, bununla belə, heç də az maraq və əhəmiyyət kəsb etməyən hadisələrədək, demək olar, hər şeyə maraq göstərirlər. Axı xaricdəki həmvətənlərimiz yaşadıqları ölkələrin vətəndaşları olsalar da, onların çoxu özlərini ilk növbədə azərbaycanlı sayır və öz Vətəninin həyatı ilə yaşamaq istəyirlər. Həmvətənlərimizə hər cür ehtiram göstərmək, onları layiqincə qəbul etmək gücümüz və səlahiyyətimiz daxilindədir. Bundan başqa, respublikaya gələn diaspor üzvləri turizmin inkişafı nöqteyi-nəzərindən də Azərbaycan üçün xüsusi maraq kəsb edirlər. Axı onlar doğma torpaqda qonaqpərvərlik və mehribanlıq gördükləri üçün respublikaya bir kərə deyil, dəfələrlə həm şəxsi, həm də ictimai səfərlər edəcək, üstəlik, ölkəmiz barəsində əcnəbi dostlarına və həmkarlarına danışacaq, onları Azərbaycana gəlməyə, onun özünəməxsusluğunu və bənzərsizliyini əyani görməyə dəvət edəcəklər. Prezident İlham Əliyev bu barədə deyib: Bir məsələyə də toxunmaq istəyirəm. Azərbaycanlılar dünyada özlərini həmişə öz Vətəninə bağlı insanlar kimi göstəriblər. Bu gün də bu, belədir. Əlbəttə, biz çox istəyirik ki, xaricdə yaşayan hər bir azərbaycanlı heç olmasa, ildə bir dəfə Azərbaycana gəlsin. Birincisi, ona görə ki, Vətənlə əlaqələr qırılmasın. İkincisi, ona görə ki, Azərbaycanın müxtəlif yerlərində çox gözəl şərait yaradılıb. Bakı şəhərində, bölgələrimizdə istirahət üçün gözəl, müasir otellər, istirahət zonaları var. Hesab edirəm ki, Azərbaycan indi dünya miqyasında öz imkanlarını ortaya qoyur. Bunun əlbəttə ki, ölkə iqtisadiyyatına da xeyri olacaq. Çünki hazırda biz turizm sektorunu sürətlə inkişaf etdiririk. Bu sektoru daha da sürətlə inkişaf etdirmək üçün vizalarla bağlı çox ciddi islahatlar aparılır və görürük ki, hazırda Azərbaycana gələn turistlərin sayı getdikcə artır. Əlbəttə ki, biz 9 onların arasında dünya azərbaycanlılarını da görmək istəyirik. Əgər xaricdə yaşayan hər bir azərbaycanlı ailəsi, hesab edirəm ki, ildə ən azı bir dəfə Azərbaycana gəlsə, bu, çox yaxşı olar 5. Həqiqətən də bir vaxtlar Vətənimizin hüdudlarını tərk etmiş həmvətənlərimizin çoxu getdikcə daha tez-tez respublikaya gəlir, bəzən isə həmişəlik qayıdırlar. Müxtəlif səbəblər üzündən Vətəni tamamilə atıb getməyi və qürbətdə assimilyasiya olunmağı bacarmayan həmvətənlərimiz mühüm hadisələrin Yeni Azərbaycanın quruculuğunun (sakral ifadəni yada salaq: Soruşma ki, ölkən sənin üçün nə edib, soruş ki, sən özün ölkən üçün nə edə bilərsən ) iştirakçılarına çevrilməyin zəruriliyini hiss edirlər. Diaspor üzvləri Azərbaycana çox vaxt əliboş deyil, maliyyə vəsaiti və heç də az əhəmiyyət daşımayan konversiya edilən biliklər şəklində sanballı baqajla, sərmayələrini sürətlə inkişaf edən respublika iqtisadiyyatına yatırmağa hazır gəlirlər. Belə bir deyim var: ölkə nə qədər varlıdırsa, onun diasporu o qədər güclüdür və əksinə. Prezident öz nitqində Azərbaycan diasporunun tarixi və ictimaisiyasi missiyasının əhəmiyyətini vurğulayaraq, diqqəti iqtisadiyyat və bizneslə məşğul olan təşkilatların rolu üzərində cəmləşdirib, onları xarici ölkələrdəki həmvətənlərimizi başqa məsələlərlə bərabər, cari iqtisadi məsələlərin, respublikanın maliyyə durumunun da müzakirə və həll olunduğu mötəbər tədbirlərin çoxunda fəal iştiraka cəlb etməyə çağırıb. Son illər bu istiqamətdə mühüm irəliləyişlər baş verib. Azərbaycan hamıya açıq dövlətdir. Hər bir biznesmen buraya rahatca sərmayə yatırıb biznesini inkişaf etdirə bilər. Bunun üçün hazırda ölkəmizdə ictimai-siyasi sabitlik və əlverişli qanunvericilik 5 10 mövcuddur. Biznes subyektlərində yoxlamalar iki il müddətinə dayandırılıb, bürokratik süründürməçiliyi aradan qaldırmaq məqsədilə biznes aparmaq üçün verilən lisenziya və icazələrin sayı dəfələrlə azaldılıb. Fəaliyyətinin əhəmiyyətli hissəsi iqtisadiyyatla, biznes mühiti ilə bağlı olan Azərbaycan diasporu bu sektorun inkişafında xüsusi rol oynayır. Prezident İlham Əliyevin dediyi kimi Azərbaycanlılar müxtəlif ölkələrdə böyük biznes imkanlarına malikdirlər. Mən bunu alqışlayıram, bu, çox müsbət haldır. Bu, xalqımızın iqtisadi imkanlarını genişləndirir. Eyni zamanda, xaricdə yaşayan iş adamları Azərbaycandakı qohumlarına da kömək göstərirlər. Bu da burada yaşayanlar üçün çox önəmlidir. Əlbəttə, mən çox istərdim ki, xaricdə yaşayan azərbaycanlı iş adamları Azərbaycana sərmayə qoysunlar 6. Azərbaycanda gözəl investisiya mühiti yaradılıb, çox yaxşı biznes-mühit mövcuddur. Məsələn, Prezidentin ilin əvvəlindən imzaladığı sərəncamlar, fərmanlar nəticəsində bu istiqamətdə ciddi dönüş yaranıb. Bütün bürokratik əngəllər aradan qaldırılır, şəffaflıq tam təmin olunur. Orta və kiçik biznes canlanıb, bazar əvvəllər ölkədə istehsal olunmayan müxtəlif növ mallarla dolur. Bütün bunların nəticələrini gündəlik həyatımızda görürük. Biz bunu nüfuzlu beynəlxalq maliyyə qurumlarının hesabatlarında və bəyanatlarında görürük. Bu gün Azərbaycan dünyada investisiya yatırmaq üçün ən cəlbedici ölkələrdən biridir. Prezident bəyan edib: Bir daha demək istəyirəm və xüsusilə böyük maliyyə imkanlarına malik olan azərbaycanlı iş adamlarına müraciət etmək istəyirəm: Azərbaycana sərmayə qoyun. Müxtəlif 6 11 sahələrə, xüsusilə iqtisadiyyatın real sektoruna, kənd təsərrüfatı, sənaye, turizm, yüksək texnologiyalar sektorlarına. Bütün bu sektorlar sürətlə inkişaf edir və bu sektorlara qoyulan sərmayə batmır 7. Qeyd etmək lazımdır ki, Azərbaycan iqtisadiyyatı başlanğıcını 2008-ci ildən götürən dünya böhranına davamlı olduğunu göstərdi. Son iki ildə neftin qiymətlərinin aşağı düşməsi və dünya iqtisadiyyatının qeyri-sabit olması hökuməti Azərbaycan 2020: gələcəyə baxış İnkişaf Konsepsiyasında nəzərdə tutulan tədbirlərin sürətlə reallaşmasına səfərbər edib. Bütövlükdə bu Konsepsiya qeyrineft sektorunun əhəmiyyətli dərəcədə inkişafına yönəlib. İnsanların həyat keyfiyyətinin daim yaxşılaşdırılması onun əsas bölmələrindən biridir. Bu gün təcrübəli mütəxəssislər tərəfindən ölkənin iqtisadi inkişaf konsepsiyasının hazırlanması üzrə böyük iş aparılır. Bu iş ayrıayrılıqda hər bir şəhərin və rayonun şəraitini və lazımi ehtiyatlarını nəzərə almaqla, onların iqtisadiyyatının inkişafını nəzərdə tutur. Milli iqtisadiyyat və onun əsas sektorları üzrə strateji yol xəritəsinin hazırlanmasının birinci mərhələsi çərçivəsində iqtisadiyyatın 11 sektorunun inkişafı üzrə dünya təcrübəsi öyrənilib və on kitab nəşr edilib, tanış olmaları və öz fikirlərini bildirmələri məqsədilə müvafiq strukturlara göndərilib. Bu kitablarda iqtisadiyyatın ayrı-ayrı sektorlarının inkişafı üzrə dünyanın ən yaxşı təcrübəsi əksini tapıb. Hazırda strateji yol xəritəsinin yaradılmasının ikinci mərhələsi üzərində iş başlayıb. İkinci mərhələ çərçivəsində reallaşması iqtisadi 7 12 sektorların inkişafını nəzərdə tutan konkret layihələr müəyyən olunacaq. Strateji yol xəritəsində industrial və innovativ inkişafa xüsusi diqqət yetirilir. Sənayenin üç əsas sektoru neft-qaz və kimya; ağır sənaye; maşınqayırma sektorları seçilib. Toxuculuğun, qida sənayesinin və yüngül sənayenin digər istiqamətlərinin, kiçik və orta sahibkarlığın inkişafı da nəzərdə tutulub. Dövlət başçısı xarici sərmayələr cəlb edilməsi ilə kooperativ idarəetmə sisteminin inkişafına xüsusi diqqət yetirməyi tapşırıb. Sənayeləşmənin yeni mərhələsi regionlarda sən
Similar documents
View more...
Search Related
We Need Your Support
Thank you for visiting our website and your interest in our free products and services. We are nonprofit website to share and download documents. To the running of this website, we need your help to support us.

Thanks to everyone for your continued support.

No, Thanks