Please download to get full document.

View again

of 26
All materials on our website are shared by users. If you have any questions about copyright issues, please report us to resolve them. We are always happy to assist you.

İqtisadi azadlıq və sülh Erik Qartzke

Category:

Legal forms

Publish on:

Views: 18 | Pages: 26

Extension: PDF | Download: 0

Share
Related documents
Description
İqtisadi azadlıq və sülh Erik Qartzke İkinci fəsil Azad Düşüncələr Assosiasiyası Bakı Mündəricat Giriş... 3 Ön söz... 4 İqtisadi azadlıq və Dünya müharibələri... 4 Kapitalist
Transcript
İqtisadi azadlıq və sülh Erik Qartzke İkinci fəsil Azad Düşüncələr Assosiasiyası Bakı Mündəricat Giriş... 3 Ön söz... 4 İqtisadi azadlıq və Dünya müharibələri... 4 Kapitalist sülhü: təkmilləşən izah... 6 Nəzərə alınmalı əlavə faktorlar Kapitalist sülhün gələcəyi Nəticə Əlavə : Məlumatların mənbəyi Qeydlər Giriş Yaxın Şərqdəki müharibəni və böyük hava limanlarından tutmuş yerli ticarət mərkəzlərinədək müxtəlif sahələrə terror hucumlarının perspektivini nəzərə almasaq, dünyanın böyük qisminin uzunmüddətli sülh dövründə yaşamasını xatırlatmaq yerinə düşər. Həqiqətən də, II Dünya müharibəsindən sonra inkişaf etmiş ölkələr bir-biri ilə vuruşmamışlar. Bu sülhün qeyriadiliyinin səbəbi güclü millətlərin tarixən münaqişəyə daha çox meylli olmasıdır. Tusidaydların zamanından başlayaraq, dövlətlər öz sərvətlərindən daha çox ərazi əldə etmək və qonşularının işləri üzərində dominantlıq etmək üçün istifadə edərdilər. Bugünkü güclü dövlətlərin öz sələflərinə nisbətən daha az davakar olması səbəblərinin dərk edilməsi sülhü qorumaq və onun bəhrələrindən daha çox yararlanmaq üçün önəmlidir. Demokratiya ilə sülh arasında səhv assosiasiyalara əsəslanan siyasətlər, görünür, həll etdiklərindən daha çox problem yaratmağa məhkumdur. Klassik liberal nəzəriyyə sülhün şərhi üçün iki istiqamət müəyyən etmişdir ki, bunlardan biri əsas diqqəti dövlətin forma və praktikasına, ikincisi isə azad bazarlara və özəl mülkiyyətə yönəldir. Daha çox İ. Kantın əsərlərində rast gəlinən birinci formula, son onillikdə beynəlxalq siyasəti öyrənən tələbələrin böyük diqqətini cəlb etmişdir. Kant respublikaların digər dövlət idarəçilik formalarına nisbətən daha az müharibə meylli olduğunu iddia etməklə yanılırdı. Əksinə, tədqiqatçılar müəyyən etmişlər ki, demokratik dövlətlərin vuruşması və ümumiyyətlə, güc tətbiq etməsi ehtimalı çox azdır. Sonralar bu demokratik sülh inkişaf etməkdə olan demokratiyaların inkişaf etməkdə olan diktaturalar qədər müharibə meylli olmasının kəşf edilməsi ilə qanundan kənar elan olundu. Demokratik norma, institut, yaxud şəffaf qaydalar kimi sülh effektlərini əhatə edən mövcud şərhlər, firavanlığın sülhün bərqərar olması üçün niyə əsas şərt olduğunu izah etməyə çalışmalıdır. Liberal siyasi iqtisadiyyat belə ziddiyyət təklif etmir. Monteskyu, Adam Smit, Riçard Kobden, Norman Angell və Riçard Rozekrans kimi alimlər həmişə iddia edirdilər ki, azad bazarların dövlətləri mütəmadi toqquşma təhlükəsindən xilas etmə potensialı var. Kapitalizm müharibəyə son qoyan, yaxud onu qeyri-zəruri edən şərtlər yaratmaqla dövlətlərarası əməkdaşlığa dəstək verir. Azad bazarlar dövlətlərarası rəqabət üçün tez-tez hərbi gücdən istifadəyə ehtiyac yaratmayan münaqişələri ehtiva edən digər bir məkan təmin edir. İqtisadi azadlığın mümkün etdiyi kommersiyada transformasiya beynəlxalq əlaqələrdə də transformasiyaya gətirib çıxarır. İstilaçılıq baha başa gələn və mənfəətsiz bir şeyə çevrilir. Müasir iqtisadiyyatda sərvəti güc vasitəsilə oğurlamaq aqrar və erkən sənaye cəmiyyətlərində olduğundan daha çətindir. Bu cür kapitalist sülhünün yetişməsi ləng olsa da, onun vasitələri və sübutları iqtisadi azadlıq və münaqişələrin azadılması arasında möhkəm əlaqə yaratmaq üçün hazırdır. Mən azad bazarların sülhə dəstək olduğunu sübut etmək üçün Qvartney və Lousonun tərtib etdiyi İqtisadi Azadlıq İndeksindən və müxtəlif statistik təhlillərdən istifadə edirəm. Mən həm də dövlətlərin vuruşmasına təsir göstərdiyi düşünülən digər müxtəlif amilləri də qiymətləndirirəm. İqtisadı azadlıq millətlərarası münaqişəyə ümumilikdə mane olan ən nadir amillərdəndir. Demokratiya bir çox səbəblərə görə arzu olunandır. Lakin nümayəndəli hökumətə dəstək verən və hətta onu güclə sırımağa çalışan siyasətlərin beynəlxalq sülhə birbaşa yardımçı olması ehtimalı çox azdır. Buradakı nəticələrdən aydın olur ki, demokratiya deyil, məhz azad bazarlar hərbi zorakılığa meylli dövlətlərə böyük təsir gücünə malikdir. Ən yaxşı halda, demokratiya yalnız inkişaf etmiş sənaye ölkələri arasındakı münaqişəni azalda bilər. İnkişaf etməkdə olan ölkələr demokratik sülhdən faydalanmır. Əsasən də, avtokrat hökumətlərin dominantlıq etdiyi regionlarda demokratiyanın tətbiqinin beynəlxalq əməkdaşlığa birbaşa təsiri çox az olur. Həm də əsaslı tədqiqatlar göstərir ki, demokratik dövlət ancaq iqtisadi inkişafın nisbətən yüksək səviyyələri ilə əlaqə olduqda, sabit ola bilir. Ayrılıqda yoxsul ölkələri demokratik etməyə yönəlmiş siyasətlər nə siyası sabitliyə, nə də beynəlxalq sülhə zəmanət verə bilməz. Firavanlıq 3 sabit demokratiya üçün zəruri olduğundan və sülh yaratmağa kifayət etdiyindən, ən yaxşı xarici siyasət kapitalizmi gücləndirən və genişləndirəndir. Ön söz Beynəlxalq siyası iqtisadiyyatı öyrənən tələbələr həmişə iddia edirlər ki, qlobal bazarlar qlobal dostluğu gücləndirir. Kobden kommersiyanı faydalı tibbi kəşf kimi dünyanın bütün millətlərinə sağlam və xilaskar zövq aşılamağa xidmət edəcək universal vasitə adlandırırdı. (1903: 36). Kant yazırdı ki, müharibə ilə uyuşmayan kommersiya ruhu gec-tez bütün dövlətlərdə yüksək səviyyəyə nail olur (1957:32). Mill iddia edirdi ki, məhz kommersiya təbiətən müharibəyə zidd olan şəxsi maraqları gücləndirmək və artırmaqla onu sürətlə lazımsız vəziyyətə gətirir (1902: 390). Problem bunda idi ki, Mill yanılırdı. XIX əsr liberal siyasiiqtisadçılarının müasir və ilkin nikbinliklərinin arasında saysız-hesabsız müharibə və kiçik münaqişələr durur. Onlar nədə yanılırdılar? Onlar nəyi düzgün dərk edirdilər? Hansı sübutla deyə bilərik ki, onların əsas görüşlərini əbədi həqiqətin şikayətediciliyi təşkil edir? İdeyalar həmin dövrün hadisələri ilə həmahəng axır və zəifləyir. Kapitalizmin dövlətləri daha az müharibə meylli etməsi ideyası, bazarlarda bolluq və qarşıdurma daha az olduqda, asanlıqla bəraət qazanır. XIX əsrin sonunda yaşayan dövlət adamları və intellektuallar azad bazarlarla beynəlxalq sülhün ədalətli olması ideyasını ancaq Avropanı 1914-cü ildə dağılmış görəndən sonra qəbul etdilər. İqtisadi və siyasi böhranların həcmi artdıqda, dünyanı tamamilə Hobbs sayağı görmək eyni dərəcədə asandır. Realist alimlər olan Kennet Voltz və Con Mörşaymer soyuq müharibə dövründə bildirirdilər ki, dünyanın azad və inkişaf etmiş sənaye ölkələrinin müharibəyə az meylli olması faktına baxmayaraq, qlobal iqtisadi əlaqələr dövlət işlərinin idarə edilməsində o qədər də əhəmiyyətli deyil. Beynəlxalq əlaqələrin inamlı dərki hələ dünya sülhü axtarışı bir tərəfdə qalsın tələb edir ki, nəzəriyyələr siyasi meylləri sadəcə yamsılatmaqdan və ya intellektual üslubları ümumiləşdirməkdən daha çox iş görsün. Dünya çox səs-küylü məkandır. İndiki hadisələrdən ekstrapolyasiya olunmağımız bizi yanlış yola apara bilər. Həqiqətən, iqtisadi azadlıqla sülh arasındakı əlaqənin mütləq deyil, əslində tendensiya olması sosial fenomenin ehtimala əsaslanan təbiəti ucbatından mürəkkəbləşməsi və müharibəyə aparan saysız yollarla toqquşması daha çox güman olunandır. Statistik analizi dünya siyasətinə tətbiq etməklə, yalnız lətifə deyişməsinə əsaslanan mütəmadi ideyalar toqquşmasından o tərəfə gedə bilərik. Burada mən azad iqtisadiyyatların dövlətlərarası münaqişələrin zəifləməsinə xidmət etməsini sübuta yetirmək istəyirəm. Əvvəlcə mən müasir müharibənin klassik liberal siyasiiqtisadi mənzərəsini canlandırmalıyam. Kapitalist sülhünün ənənəsi zəngin olsa da, dövlətlərin niyə vuruşduğu haqda əsas prinsipləri çox zəif əsaslandırılmışdır. Azad bazarların dövlətləri müharibə etmək ehtiyacından necə azad etməsini yaxşı dərk etmək inkişaf etmiş kapitalist ölkələri arasında sülhü möhkəmlətməyə və hətta genişləndirməyə kömək edə bilər. İqtisadi azadlıq və Dünya müharibələri Liberal məktəbin qızğın tərəfdarı, müəllif və siyasətçi kimi fəaliyyətinə görə Nobel mükafatı laureatı olan Norman Ancell (1933) sülhü iqtisadi tərəqqinin törəməsi kimi dərk edirdi. O, inkişaf etmiş ölkələr arasında müharibənin cazibədarlığını azaltmağa xidmət edən iki prosesi müəyyənləşdirir. Birincisi, inkişaf istehsalatda inkişafa gətirib çıxarır ki, bu da hücumu və istilanı faydasız edir. X əsrin son rübündə Vikinq Anlaf üç dəfə Esseksə hücum etdi və hər üçündə də coxlu qənimət əldə keçirdi: onun doxsanadək gəmisi çayın mənsəbindən yola düşəndə qarğıdalı, dəri və monastrlardan qarət edilmiş əla paltarlarla yüklənmişdi... Tarixin əsasını təşkil edən qüvvələrin və insan motivlərinin dəyişməz qalmasını yadda saxlamaq haqqında təlimatlara sadiq qalaraq, mən daha güclü olan Britaniyanın X əsrdən sonra bunun əvəzini qaytaracağını təsəvvür etməyə çalışdım: donanmamız ticarət gəmilərini Skandinaviya yarmadasının kənd təsərrüfatı və sənaye malları ilə doldurur. (Ancell, 1933:103) 4 Dogrudan da, Britaniya donanmasının vikinqlər kimi qarətçilik etməsini düşünmək səfehlik olardı. XX əsrədək nəsə dəyişib, lakin Böyük illüziya əsərinin ikinci nəşrinin 10 illiyi ərzində Britaniya İslandiyaya 1 qoşun yeritmiş və demək olar ki, Norveçi işğal etmişdir (Kersaudi, 1990) 2, Almaniya Danimarka və Norveçi (Ziemke, 1990) istila etmiş, Finlandiya Sovet İttifaqı ilə müharibəyə başlamışdır (Engle et al., 1992). Yalnız İsveç öz neytrallığını və suverenliyini saxlaya bilmişdir. Hitler, Mussolini və Tojonu vikinqlərin rolunda təsəvvür etmək üçün böyük cəhd göstərməyə ehtiyac yoxdur. Ox dövlətləri tamamilə nostalji yaradan və əsasən anaxronik olan bir ideologiyanı bölüşürdülər ki, bu ideologiyaya əsasən dövlətin gücünün artırılması ərazinin genişləndirilməsi demək idi (Vaynberq, 1994; Kassels, 2003) 3. Lakin II Dünya Müharibəsinin nə qədər dəhşətli hal olmasına baxmayaraq, inkişafın bəzi hallarda münaqişəni səngitdiyini iddia etmək mümkündür. Əvvəldən Oxların ilkin ərazi iddiaları Avropanın yoxsul iqtisadi periferiyasındakı dövlətlərə yönəlmişdir. Qərbi Avropa ölkələri ilə müharibə resursları ələ keçirmək üçün deyil, strateji məqsədlər üçün nəzərdə tutulur, Fransa və Birləşmiş Krallığı qorxutmaq məqsədi daşıyırdı (Vaynberq, 1994). Niyə hamının qəddarlıq modeli olan Hitler Avropanın əsas sərvəti Qərbdə olduğu halda, nisbətən yoxsul regionların yerləşdiyi Şərqi Avropaya hücum etdi? Finlandiya istisna olmaqla, heç bir Skandinaviya ölkəsinə ərazi genişləndirilməsi məqsədilə hücum edilmədi. Almaniyanın Norveçi istilası ilkin olaraq planlaşdırılmış Britaniya hücumunu önləmək məqsədi daşıyırdı (Ziemke, 1990). Əsas vuruşan tərəflərin heç biri Norveçi nə qarət etmək, nə ərazisini genişləndirmək, nə də zor vasitəsilə resursları ələ keçirmək arzusunda deyildi. Planlaşdırılmış Anqlo-Fransa işğalı Şimal dənizi marşrutlarını qorumaq və Almaniyanın xam materialları əldə saxlamasına mane olmaq idi ki, bu da ancaq daha böyük müharibə kontekstində ağlabatan sayıla bilərdi. Həqiqətən, Norveçin neytrallığı alman məqsədlərini tamamlamaq kimi görünürdü. 4 Hitler heç vaxt ən bahalı hədiyyə və Almaniyanın əsas dəmir filizi mənbəyi olan və yarısı Norveç vasitəsilə daşınan İsveçə hücum etmədi. (Foks, 1959; Haqlof, 1960). 5 Hətta Müttəfiqlər müdaxilə edə bilmədikdə belə, Almaniya güc yolu ilə əldə etməkdənsə, Skandinaviya yarmadasının sərvətlərini pulla almağa üstünlük verdi. 6 Bu heç də İsveçin müharibədən zərər çəkmədiyini bildirmir. Nasist rəsmiləri qeyribərabər gücdən istifadə edərək, İsveç hökumətinə müxtəlif məsələlərdə, xüsusən təchizat və personalın neytral ərazidən keçirilməsinə görə təzyiq göstərməyə başladılar. Isveç ona görə neytral qaldı ki, o, Oxlara işğaldan daha çox ticarət vasitəsi kimi xeyirli idi və o, müdrikcəsinə Norveçin sındığı yerdə diplomatikcəsinə əyilə bildi (Karlqren, 1977). 7 Buna görə də, Almaniya İsveçi tutmamağa üstünlük verdi, halbuki, bunu asanlıqla edə bilərdi. Hitlerin səbrliliyini çətinliklə onun mənəvi təmkinliliyinə, yaxud suveren hakimiyyəti ələ keçirmək məhdudiyyətlərinə şamil etmək olar. Əksinə, belə məlum olur ki, İsveçin lazımi resurslarını işğal yolu ilə ələ keçirməkdənsə, ticarət yolu ilə əldə etməyin daha ucuz başa gəlməsi haqqında dəqiq hesablamaların aparılması məlumdur. Ancellə görə ikinci proses iqtisadi liberallaşmanı ehtiva edir. Qlobal bazarların genişlənən inteqrasiyası məhsul və xidmətlərin ticarət yolu ilə əldə olunmasını asanlaşdırır və müharibə yolu ilə narazı investorlardan yaxa qurtarmağı çətinləşdirir. Ancell işğalçı alman ordusunu Londonda təsəvvür edir: Alman kreditinin Britaniya qızılını saxlamasında hər hansı üstünlük əldə etməsindən asılı olmayaraq, ümumi fəlakətə səbəb olan alman hökumətinin törətdiyinin qəddar aksiya olması faktı hər hansı əvəzlənmədən daha artıq olacaq. Bank ehtiyatlarını qarət edə bilən ölkə xarici investorların yan qaçacağı ölkə olardı: kreditin əsas mahiyyəti inamdır və bundan imtina edənlər öz hərəkətləri üçün çox baha qiymət ödəməli olurlar. Londondakı alman generalissimusu Anlafın özündən daha az sivilizasiyalı ola bilərdi, lakin o, tezliklə özü ilə Anlaf arasındakı fərqi tapa bilərdi. Anlafı bank tarifləri və buna oxşar digər çətinliklər narahat etmirdi: lakin ingilis bankını qarət etmək istəyərkən general alman bankındakı hesabının yoxa çıxdığını və hətta ən yaxşı sərmayələrinin belə dəyərinin azalmasının şahidi olardı (Ancell, 1933: ) Ancell yenə yanılır, yalnız daha yaxından baxdıqda bunu dərk etmək mümkündür. Teztez I Dünya Müharibəsinin Balkanlardan başlandığı xatırlansa da, Balkanların Avropanın iqtisadi cəhətdən ən yoxsul regionu olması unudulur. Hələ iqtisadi cəhətdən bir-birindən qarşılıqlı 5 surətdə asılı olan qərb ölkələrindəki böhranlar silsiləsində 1914-cü ildə aparan müharibə aydın hiss olunmasa da, Balkanlardakı böhranların toqquşmaya səbəb olması labüd idi (Straçan, 2001). Balkanlardakı münaqişəni iqtisadi azadlığın olmaması şərti ilə belə izah etmək asandır. Avstriya- Macarıstan tərəfindən Serbiyaya qarşı başlanmış mübahisə müttəfiqlik əlaqələrinin möhkəm sistemi vasitəsilə genişləndi (Kissencer, 1994). 8 Avropa üçün 1914-cü ildə problem dəqiq olaraq liberallaşma və inteqrasiyanın qeyri-bərabər olması idi, halbuki, siyasi loyallıq artıq qarşılıqlı iqtisadi asılılığın heç bir əhəmiyyət kəsb etmədiyinə zəmanət verirdi. Ən inkişaf etmiş dövlətlər Şərqi Avropa ölkələri üzərindəki sövdələşmə rıçaqlarını genişləndirməkdən ötrü öz xarici siyasətlərini o dərəcəyədək ayırmışdılar ki, müttəfiqlik əlaqələri şərəfli sayılırdı. Səfərbərlik qərarları effektiv şəkildə Ancellin bəlağətli surətdə təsvir etdiyi iqtisadi qadağalara məruz qalmayan dövlətlərin əlində idi. Qarşılıqlı iqtisadi asılılığın müharibə infeksiyasını törətməyə qadir olmaması heç də ilkin qığılcımı söndürməkdə onun təsirsizliyini bildirmir. Dünya müharibəsinin gözlənilməməsi Ancell iddialarının mühüm dəqiqliyinə kölgə salmışdır. Müharibədən sonrakı hadisələr, görünür, Ancellin liberal sülh təsəvvürünə uyğun gəlir. Müasir strukturlar o qədər də hərbi istilaya uyğun görünmür (Bruks, 1999). 9 Beləliklə, Ancellin səhvi ondan ibarətdir ki, o, dövlətlərarası münaqişə üçün çox dar motivlər konsepsiyasını təqdim edir. Dövlətlər yalnız resurslara görə yox, həm siyasətlərə, həm də strateji cografi mövqeyə görə rəqabət aparırlar. Hansı ölkənin xəritənin harasında yerləşməsinin əhəmiyyəti var, xüsusən də, həmin ölkə böhranda olan protoqonistlərin arasındadırsa (Fazal, 2002). Buna görə də, ölkənin tələbinin nə (istər ərazisinin müstəqilliyi, istərsə də resurslar) olmasından asılı olmayaraq, bunun digərlərinin stimullarına, hətta müharibəyə də təsir ehtimalı var (Moravçik, 1997). Beləliklə, Ancell və digər klassik liberalların təklif etdiyi kapitalist sülhü yanlış deyil, natamamdır. Onun vaxt keçdikcə, təkamül edən bu cür şərhi özündə elə əsas məqamları ehtiva edir ki, yoxlanıldıqda emprik olaraq onları əsaslı kimi sübuta yetirmək olar. Kapitalist sülhü: təkmilləşən izah Monteskye Qanunların ruhu əsərində deyir ki, ən varlı ticarətçinin elə bir görünməz sərvəti var ki, onu heç bir iz qoymadan hər yerə göndərmək olar... Beləliklə, hökmdarlar düşündüklərindən daha artıq müdrikliklə idarə etməyə məcbur olurlar (1985[1748];389). İqtisadi azadlıq budur ki, sən onu özünlə apara bilərsən. Daxildə şərait pisləşdikdə, kapital ölkəni tərk edə bilər, beləliklə, cəmiyyətdə həm iqtisadi, həm də siyasi böhran yarada bilər. Aydındır ki, dövlətlər kapitalın getməsini istəmirlər. İş o yerə çatır ki, hakimiyyətdəkilər kapital axınının qarşısını ala bilmir, onda onlar nəyin hesabına olursa-olsun kapitalın daxildə qalması üçün əlverişli şərait yaratmalıdırlar. Monteskye, Mill, Smit və digərləri ilə başlayıb R. Kobden, V. Ancell, R. Rossenkrans tərəfindən inkişaf etdirilən iqtisadi sülhün intellektual liberal ənənəsi kapitalizmin sülhü dəstəkləməsinin müxtəlif yollarını təklif edir. Bəlkə də, ən ümumi izah bundan ibarətdir ki, qarşılıqlı iqtisadi asılılıq ölkələr üçün elə müştərək bir dəyər yaradır ki, sonra bu dövlətlər əldə etdikləri həmin dəyərləri məhv etmək qorxusundan və bir-birilə vuruşmaqdan çəkindirir. Bu qeyri-mümkün olduqda, izah müştərək qənimətlərin münaqişənin səbəbi olmaması və ona kömək etməməsi ehtimalına əsaslanır. Tomas Şellinq eyni kəndirlə bağlanmış və əslində ümumi bir tale bölüşən iki dağ alpinistinin hekayəsini nəql edir. Şellinq hər hansı bir müştərək dəyərdən tərəfdaşa strateji təsir etmək üçün necə istifadə oluna biləcəyini göstərir: iqtisadi əlaqələri bölüşən dövlətlər faktiki olaraq həmin əlaqələri cücə oyunu oynamaq üçün işlədə bilər: əlaqələr dəyərli olduqca oyun da daha effektli və təsirli olur (Şellinq, 1966: ). Əgər hər hansı dövlət çiçəklənən iqtisadi əlaqələri təhlükə altına salmaq istəmirsə, bu heç də sülhün öz-özünə gələcəyi demək deyildir. Digər ölkələr də vuruşmağa nifrət etməyə həvəsləndirilməlidir. Sülhü təmin etmək üçün bütün tərəflər cücə oyunundan, əslində, hərbi qüvvə işlətməkdən imtina etməlidirlər. 6 Beynəlxalq əlaqələri öyrənən tələbələr ənənəvi olaraq motiv və imkana (bacarıq) müharibəni izah etmək nöqteyi-nəzərindən baxmışlar. Lakin sirli qətl romanları və Açar oyunu aydınlaşdırdığı kimi, bu şərtlər nadir hallarda kifayət edir. Fərdlər, qruplar və ölkələr tez-tez razılığa gələ bilmirlər. Lakin adətən müxtəlif məqsədli təşkilatlar anlayırlar ki, bahalı, yaxud həddən artıq dəbdəbəli tərzdən uzaq olmaq üçün sövdələşmələr üçün danışıqlar aparmaq olar. Bəs onda diplomatik uğur, yaxud müvəffəqiyyətsizlik nə ilə izah olunur? Beynəlxalq əlaqələrdə ən əsas problemlərdən biri rəqibin nə vaxt həqiqəti dediyini, yaxud demədiyini bilməkdir. Liderlər çox vaxt güc işlətməyə hazır olduqlarını iddia edirlər. Lakin əslində bu, hədə-qorxudur. Müharibələr bir sıra səbəblərdən törəyir, lakin əhəmiyyətli faktlardan biri narazılıq zamanı opponentin həll yolunun hansı minimum dərəcəsinə qane olacağı barədəki qeyri-müəyyənlikdir. Əgər kimsə iddia edirsə ki, müharibə resurslar üzərində sahibliyin təsdiqi və ya siyasi üstünlüklər üçün ən bahalı metoddur, onda diplomatik həllərin yaratdığı artıqlıq sövdələşməni vuruşmaqdan üstün etməlidir. 10 Öz kartlarını qoruyan poker oyunçuları kimi siyasi liderlər də hesab edirlər ki, bəzən qalib gəlmək üçün ikiüzlülük etməlidirlər. Qeyri-müəyyənlik və fırıldaq stimullarını nəzərə alaraq, diplomatiya uduza və münaqişə alovlana bilər. Toqquşmalar da öz növbəsində, uyğun döyüşçülərin əllərindəki kartlar haqqında informasiyanı (dövlətlərin nisbi bacarığı və qətiyyəti barədə məlumatları) aşkarlayır. Həqiqətən də, müharibəyə son qoymaq üçün döyüşən tərəflər müştərək qəbul olunan sövdələşmələri əldə etməyin yollarını kifayət qədər öyrənməlidirlər. İqtisadi azadlıq sülhü ən azı iki səbəb üçün vacibdir: birinci, azad bazarlar siyasi fəaliyyət üçün rezanator rolunu oynayır. Bazarları qorxudan aksiyalar investisiyanı ləngidir, daxili iqtisadi şəraiti pisləşdirir və beləliklə, yerli liderlər tərəfindən onların qarşısının alınması ehtimalı yaranır. Xaricdəki güc tətbiqi çox vaxt daxili investisiyanın aşağı düşməsi və kapital axını ilə müşayiət olunur (Bueno de Meskita 1990). Liderlər kapital bazarlarını hədələyən xarici siyasət bəyannamələrini təqdim etməyə hazır olduqda, yaxud azad valyuta siyasəti dövlətə kapital axınının qarşısını almaqda çətinlik törətdikdə, beynəlxalq ictimaiyyət hər hansı liderin həqiqi qətiyyətinə dəstək verməyə qadirdir. Opponentin nəyə məmnun olduğunu bilmək daha effektli sövdələşməni mümkün edir və beləliklə, digər
Similar documents
View more...
Search Related
We Need Your Support
Thank you for visiting our website and your interest in our free products and services. We are nonprofit website to share and download documents. To the running of this website, we need your help to support us.

Thanks to everyone for your continued support.

No, Thanks